HİA.AZ

HƏDƏF İNFORMASİYA AGENTLİYİ

Razı Nurullayev :Türkiyənin yasa batması Azərbaycanın da yasa batmasıdır

(2) Razi Nurullayev - ChromeTürkiyənin yasa batması Azərbaycanın da yasa batmasıdır. Ankarada yüzlərlə insanın ölümü ilə nəticələnən terror aktını lənətləyirəm və günahkarların cəhənnəmdə yanacağına da əminəm. Bu vəhşi aktı törədənlərin qanun və insanlıq qarşısında ən ağır cəzaya məhkum ediləcəyinə şübhəm yoxdur.

Türkiyə Cümhuriyyətinin vətəndaşlarına, türk qardaş və bacılarımıza, bütün Türk dünyasına başın sağ olsun deyirəm. Bu terror aktı bizi də çox üzüb və bu dərd bizim ortaq dərdimizdir. Düşünürəm ki, Azərbaycan hökuməti də bu terror aktına görə Türkiyə ilə bərabər 3 günlük yas elan etməlidir. Terrorun və terrorçuluğun vətəni yoxdur. Bu gün qardaş Türkiyə dərin hüzn içindədir. Biz də dərin hüzn içindəyik, amma bunu həm də dünyaya göstərməliyik.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, qardaş Türkiyə bu ağır itgidən başı uca və üzüağ çıxacaq. Bu gün Türkiyənin uğurlarını paylaşmayan və ona açıq düşmənçilik edən ölkələr var. Türkiyə daha güclü olacaq və düşmənlərini susduracaq.

Başın sağ olsun, Türkiyə! Biz səninləyik və sənin hüznün bizim hüznümüzdür!

Məlumat

This entry was posted on 10 Oktyabr 2015 by in Gündəm.
Oktyabr 2015
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ƏLAQƏ MƏLUMATLARI

055 476 26 60
İnfo.hia@mail.ru

Bloq Statistikası

  • 19. 486 hits
Follow HİA.AZ on WordPress.com