HİA.AZ

HƏDƏF İNFORMASİYA AGENTLİYİ

Hədəfə çatmaq üçün BİRLƏŞƏK

Tək başına lider olmaq üçün səmimi və güclü olmaq lazımdır. AXCP sədri Razı Nurullayevin dediyi kimi, bütün siyasi qüvvələri öz ətrafında təmərküzləşdirmək mümkünsüz olsa da, bunu qismən bacarmaq biz gənclərin əlindədir. Təmərküzləşməni bir zamanlar Azərbaycanın müstəqillik tarixinin demokratik yolla seçilmiş ilk prezidenti, mərhum liderimiz Əbulfəz Elçibəyin bacardığı kimi, biz də buna nail olmaq üçün daha çox fəaliyyət göstərməliyik.  Həyatda hər kəsin bir hədəfi olur. Hədəf olmasa, gələcək qaranlıqdır. Hədəfə çatmaq üçün bütün gücümüzlə yeni müxalifətin yaranmasına, yeni dəyərlər sisteminin formalaşmasına, sivil mübarizəyə səsləyən Razi Nurullayevin yanında olmalı və AXCP-də birləşərək xalqımız üçün çalışmalıyıq. Və gördüyümüz işlərlə sübut etməliyik ki, mərhum liderimiz Əbulfəz Elçibəyin bacardığı təmərküzləşməni Razi Nurullayevlə biz də bacararıq. Və o gün bu gündür…  Siyasətdə boğulan Əli Kərimli Bu haqda yazmamaq da olardı. Ədliyyə Nazirliyinin məlum qararından sonra özünü müxalifətin lideri hesab edən bu adamın gələcəyə yönəlik bütün xəyalları puç oldu. Özünü siyasi lider adlandıran şəxs siyasətdə daha da batmasına imkan verməməlidir. Zamanı çatanda kənara çəkilmək, uğur qazanmağa, nəticə əldə etməyə nail olmadığını etiraf edib, meydandan çıxmağı bacarmaq da mühüm insani və siyasi keyfiyyətdir. Əli Kərimli bu illərdə AXCP-yə nüfuz itkisindən başqa nə verdi? Təbii ki, bir də həbsxanaya göndərilən gənclər, mübarizənin uğursuzluğundan ruhdan düşmüş hərəkatçılar, inamı itmiş xalq var. Bunlar da Əli Kərimlinin “siyasi” fəaliyyətinin” bəhrəsidir, illərdir ki, məhz buna nail olmaq üçün çalışıb, insafən bacarıb da. Mərhum liderimiz Əbulfəz Elçibəydən sonra partiyaya sədrlik etməyə iddialı olan bu siyasətçinin iddiaları imkanları ilə adekvat olmasa da, xalqın marağını da məhz bu iddialara qurban verməyə hazırdır. Dəfələrlə bunu sınaqdan keçirib, qarşısında müqavimət gəstərən bütün gücləri “satqın” adlandımaqla zərərsizləşdirməyə çalışıb. Amma bircə dəfə də olsun öz fəaliyyətinə tənqidi mövqedən yanaşmayıb, bu illərdə AXCP adına cəmiyyətin siyasi aktivliyinin artırılması, mübarizə ruhunun yüksəldilməsi üçün nə etdiyinin hesabatını verməyib. O hesabatı ki, orda ancaq mənfi notlar var, məhz elə bu səbəbdən Əli Kərimli bu barədə danışmağı xoşlamır.   AXCP-nin oktyabrın 18-də keçirilən Etimad Qurultayından sonra heç vaxt ölməyən ümid yenidən dirçəlib. Əbulfəz Elçibəyin yaratdığı, Razi Nurullayevin xalqa geri qaytardığı AXCP-ni seçmək mənim üçün böyük qürurdur. Biz öz fəaliyyətimizlə güclü və güvənli olduğumuzu sübut edəcəyik. Artiq qarşıda hədəf də var- 2018-ci il prezident seçkiləri. Azərbaycan xalqına AXCP-yə inanıb, AXCP-ni seçdikləri üçün peşimanlıq duyğusu yaşatmamaq üçün 2018-ci il meydanı bizimdir. Əli Kərimlinin 15 ildə vəd verdiyi, həvəs və imkanının olmadığı üçün elə vəd olaraq da qalan, xalqın istək və tələbini Razi Nurullayevin rəhbərliyi ilə AXCP reallaşdıracaq.  Gələcəyə baxış 18 oktyabr Etimad Qurultayından sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq ilk hədəfimiz 2018-ci il prezident seçkiləridir. Razi Nurullayevin qurultaydakı çıxışında qeyd etdiyi kimi, bu hədəfə çatmaq üçünsə ilk növbədə xalqın inamını geri qaytarmaq lazımdır. Xalq öz seçdiyi, onun sözünü deməyi, onun arxasında gizlənən yox, önündə getməyi bacaran siyasət adamına ehtiyac duyur. Müxalifət illərin yığılıb qalan problemlərini həll etmək üçün qarşısına bəlli bir hədəf qoymalıdır. Necə ki, AXCP bu hədəfi artıq müəyyən edib – 2018-ci il prezident seçkiləri. O zamana qədər isə görəcəyimiz çox iş var- xalqın inamını qaytarmaqdan başlayıb, seçkidə qələbəyə qədər..

Cebhe.info

Məlumat

This entry was posted on 25 Noyabr 2015 by in Cəmiyyət,Gündəm.
Noyabr 2015
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ƏLAQƏ MƏLUMATLARI

055 476 26 60
İnfo.hia@mail.ru

Bloq Statistikası

  • 19. 486 hits
Follow HİA.AZ on WordPress.com