HİA.AZ

HƏDƏF İNFORMASİYA AGENTLİYİ

Kriminal həyat yaşayan 17 yaşlı qızın körpəsi qucağında can verdi – BAKIDA MÜƏAMMALI ÖLÜM

Paytaxtda qəribə körpə ölümü baş verib. 17 yaşlı Lalə Hüseynovanın (Ad şərtidir A.A) bir aylıq körpəsi qucağında can verib. Bu barədə məlumatı Cebhe.info-ya “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. Onun sözlərinə görə, bu qəribə olayın necə baş verməsi onlarda da təəccüb doğurur. Bildirilir ki, 1 aylıq körpə oğlan uşağını bağrına sıxan Lalə Hüseynova qəflətən uşağın nəfəssiz qaldığını görüb:

“Lalə Hüseynova küçədə dilənçilik etməklə böyüyüb. Doğma anası uşaqlıqdan onu küçə həyatına öyrəşdirib, istismara məruz qoyub. Nəsimi rayonunda qeydiyyatda idilər. Qız bizə 5 ay əvvəl daxil oldu və gələndə hamilə idi. Nikahsız hamilə qalmışdı. Uzün müddət küçə həyatı keçmişdi deyə, qurumumuza adaptasiya olunması çətin idi və çox pis vərdişləri vardı. Yəni adi bir misal- özünə yemək belə çəkə bilmirdi. Hamıdan diqqət və qayğı tələb edirdi. Önünə yemək gec gələndə isə dava salırdı. Hamilə olduğu halda hərəkətsiz qalmışdı. Uşağı dünyaya gətirəndə doğuşu çətinləşdi və biz Səhiyyə Nazirliyinə müraciət etdik. Bununla da ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirdi. İctimai Birliyin yanındakı klinikaya uşağı qeydiyyata saldırdıq”.

Mehriban Zeynalova deyib ki, körpə dünyaya gələndən sonra onun xırda ehtiyaclarını təmin etmək üçün hər gün xərc tələb olunub. “Təmiz dünya” bu ehtiyacları ödəsə də, bütünlüklə problem həll olunmurdu: “Lalənin analığı uşagın böyüməsi üçün yardım edirdi. Xəstəxanada olarkən uşağı xırda xərclərlə təmin edirdi. Sonradan Lalə Hüseynova şəxsi istəyi ilə bizə bildirdi ki, uşaqla birgə analığının yanına sığınmaq istəyir. Biz etiraz etmədik, o da getdi. Az bir müddətdə qayıtdı ki, orada qala bilmirəm. Özü də körpəyə baxa bilmirdi. Uşaq özü yatıb, özü də dururdu. Qidasından, təmizliyindən xəbəri olmurdu. Bu işləri birliyimizin əməkdaşları, sığınacaqda qalan xanmlar edirdi. Uşaq tam sağlam idi. Körpəni çox istəyirdi, sadəcə ona baxmağa bacarığı yox idi. Bizdə bir qadın vardı, Lalə gecə yatırdı, amma o, səhərə qədər uşağa baxırdı. Lalə sanki özü körpə idi, ərköyünlük edirdi. Ordakılarla çox pis rəftar edirdi. Hamını borclu çıxararaq deyirdi ki, mənim uşağıma niyə baxmırsız, mən yatmalıyam. Məsuliyyətsiz vərdişləri vardı. Bir dəqiqiqə belə nə onu, nə də körpəsini nəzarətsiz qoyurduq”.

Sözügedən təşkilat Lalə Hüseynovanın sənədlərini, şəxsiyyət vəsiqəsini almağa da ona yardımçı olub. Həmçinin qızın pis ətrafdan çəkinməsi, onlarla əlaqə və təmaslarının tam kəsilməsi üçün əllərindən gələni ediblər: “Bir-iki dəfə Laləni köhnə dostları axtardı. Rəfiqələri bura onun dalınca gəlmişdilər. Onları araladıq, əlaqələri kəsdirdik. Dəfələrlə Laləni başa salırdıq ki, rəfiqələri ilə görüşməsin, əlaqələrini kəssin. Onlardan ona zərərdən başqa heç nə gəlmirdi. Çünki o insanların adı kriminal qruplarda hallanırdı. Hətta bunu hamilə qoyan oğlan eyni vaxtda rəfiqəsi ilə də münasibətdə olub. İki rəfiqə eyni oğlandan hamilə qalıb. Lalənin çox gözəl rəssamlıq qabiliyyəti var. Bir təşkilat vardı, onunla əlaqələndirdik ki, istedadını inkişaf etdirsin. Qızın sosial şəbəkələrdə profilini və “vatsapp”ını bağlatdıq ki, yazışmalarını davam etdirməsin. Yalana meyilli idi, nələrisə gizlədirdi. Küçə söyüşləri, cəhdlər və s. Bizə bildirirdi ki, heç kimlə yazışmır, əlaqəsi yoxdur. Amma baxırdıq ki, bu, belə deyil. Çalışırdıq ki, həyat tərzini dəyişsin, amma köhnə dostları ilə yazışmalarında başqa bir obraz canlanırdı. Ona görə də ona psixoloq cəlb etdik. Uzun müddət psixoloq onunla çalışdı və nəticələr də kifayət qədər uğurlu olurdu. Təşkilatımızda nüfuzlu şəxslər vardı ki, onların yanında Lalə özünü doğrultmağa çalışırdı”.

Mehriban Zeynalova onu da əlavə edib ki, körpənin ölüm xəbərini eşidəndə çox üzülüblər: “Lalə bizə qulaq asmadı. Yenə küçə həyatını seçdi. Baxımsızlıqdan uşaq ani olaraq qucağında can verib. Kimləsə telefonda danışanda görüb ki, uşaq nəfəssizdir. Bizdə olanda mütəmadi həkim uşağın sağlamlığını yoxlayırdı. Bir az ciyərlərində soyuqdəymə vardı. Körpənin ölümünə çox üzüldük, hətta Lalə də özünə gəlməyib. İndi də onu nəzarətsiz qoymuruq. Tez-tez əlaqə saxlayırıq ki, bura geri dönsün. Bizə söz verib ki, uşağı dəfn edəndən sonra qayıdacaq. Onun keçmiş həyat tərzinə qayıtması Lalə üçün təkrar faciə ola bilər”.

Alçina Amilqızı
Cebhe.info

Məlumat

This entry was posted on 09 Noyabr 2015 by in Gündəm,Hadisə.
Noyabr 2015
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ƏLAQƏ MƏLUMATLARI

055 476 26 60
İnfo.hia@mail.ru

Bloq Statistikası

  • 19. 486 hits
Follow HİA.AZ on WordPress.com